Qarabağın eləcədə bütün işğal altında olan torpaqların düşmən tapdağından geri qaytarılması Azərbaycan xalqının şərəfini, xalqın özünə olan inamını bərpa etdi.Xalqımız uzun illər gözlədi, dözdü, vətən həsrəti ilə yaşadı. Ancaq inamını itirmədi, öz prezidentinin ətrafında yumruq kimi birləşdi. Cənab Prezident İlham Əliyev hər zaman deyirdi: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm". Nəhayət, həmin vaxt gəlib çatdı. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu həsrətlə gözlədiyi torpaqları azad etmək üçün əks hücuma keçdi. İllər boyu Ermənistan ordusunun keçilməz bildiyi ohanyan səddini keçdi. Ermənistan ordusu ordumuzun qarşısında tab gətirə bilmədi, ordumuz gündən-günə öz qanı bahasına irəliləyirdi. 4 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad edildi. Üçrəngli müqəddəs bayrağımız Cəbrayılda dalğalandı. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 1 şəhər, 4 qəsəbə və 97 kənd təcavüzə məruz qalmışdı. Cəbrayılın işğaldan azad olunması Azərbaycan ordusunun şücaətinin, qəhrəmanlığının bariz nümunəsidir.Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Cəbrayıl rayonunun azad olunması ordumuzun Xocavənd rayonunun kəndlərini və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu. Cəbrayılın işğaldan azad olunması Azərbaycan xalqının, hər bir övladının, Prezident İlham Əliyevin uzun illər gördüyü işin bəhrəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad olunub, Cocuq Mərcanlı kəndi ordumuzun tam nəzarətinə keçib. Prezident İlham Əliyev 2020-ci ilin noyabrın 26-da "Cəbrayılın azad olunmasına görə" medalını təsis edib.2020-ci ilin noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Şəhidlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, haqq - ədalətin bərpası idi. Ordumuz beynəlxalq qanunları icra etdi. Torpaqların işğaldan azad edilməsi, milli-mənəvi dəyərlərin qorunması idi. Dünya türkün gücünü, türk liderinin siyasi iradəsini gördü. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsi 50 milyonluq Azərbaycan xalqının dünyadakı şöhrətini özünə qaytardı. Bu gün xalqımız hər zaman olduğu kimi Prezidentinə, Ali Baş komandanının apardığı siyasəti bəyənir və dəstəkləyir. Azərbaycan torpağına uzanan əlləri kəsməyə və vətənimiz üçün öz canından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. 50 milyonluq azərbaycanlı bu gün azərbaycanlı olduğu üçün fəxr edir. Heydər Əliyev: "Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam".Nazim Qədirov,Xocalı rayonundan məcburi köçkün